Böyük Britaniya Azərbaycana 500.000 funt sterlinq ayıracaq
Böyük Britaniya hökuməti Azərbaycanda minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün daha 500.000 funt sterlinq ayıracağını elan edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old bildirib.
“Bu dəstək Azərbaycanın minatəmizləmə əməliyyatları aparmaq potensialının inkişafına və Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsinə təkan vrəcək”, – səfirliyin bəyanatında deyilir.