Türkiyədə daha bir güclü zəlzələ: ölənlərin sayı artır

Ötən gecə Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra bu gün yerli vaxtla 13:24-də bölgədə  7,6 bal gücündə daha bir zəlzələ baş verib. Yeraltı təkanlar Ankara, Adana və Malatyada da hiss olunub.

Kahramanmaraşda gecə baş verən zəlzələ bölgədə böyük dağıntılara səbəb olub. İlkin məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Malatya, Osmaniye, Diyarbakır, Şanlıurfa, Adana, Adıyaman, Hatay və Kilis də daxil olmaqla, azı 912 nəfər həyatını itirib.

Malatya şəhərində isə 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 6,85 kilometr olub. Yeni məlumata görə, bölgədə 5,5 və 4,7 bal gücündə afterşoklar yaşanıb.

Basta