Laçın yolu açıldı: 28 nəfərin keçidi təmin olunub – Video
Bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsindən doqquz nəqliyyat vasitəsinin keçidi təmin olunub.
“Trend”in məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bir təcili yardım avtomobili və səkkiz minik maşınının Gorus-Xankəndi istiqamətində maneəsiz keçidinə şərait yaradılıb.
Gün ərzində ümumilikdə “Laçın” SBM-dən 28 nəfərin keçidi təmin olunub.
“Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir” – deyə, “Trend”in məlumatında qeyd olunur.