Araz Ağalarov ailəsini Rusiyadan çıxartdı

Putinin ömürlük hakimiyyətini müdafiə edən oliqarx Araz Ağalarov ailəsini Mayamiyə aparıb.

Rusiyanın ən zəngin iş adamlarından biri, “Crocus Group”un sahibi Araz Ağalarovun həyat yoldaşı və qızı ABŞ vətəndaşı olub.

Bu haqda “The Insider” məlumat yayıb.

Keçən yay azərbaycanlı oliqarx Mayamidəki 4,3 milyon dollarlıq mənzilini həyat yoldaşı İrina Ağalarovanın adına qeydiyyatdan keçirib və qızı Şeyla da orada yaşayır.

Bildirilir ki, Ağalarovun Amerikada daha iki mülkü var.

Bundan əvvəl oliqarx və ailəsi 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxilə ilə bağlı istintaqa cəlb edilib. Buna, habelə Rusiya hakimiyyəti və müdafiə korporasiyaları ilə sıx əlaqələrə baxmayaraq, Araz Ağalarov Ukraynadan başqa heç bir sanksiya siyahısına daxil edilməyib.

2012-ci ildə oliqarx demişdi: “Rusiya üçün Putin ideal variantdır. Əgər o, ömürlük hakimiyyətə razılıq versə, mən bunu ancaq alqışlayaram. Sizin Navalnıyınızla ölkə dağılacaq”.

Basta