Nersisyan: “Rusiyadan xahiş etmək lazımdır ki, bizim Azərbaycanla görüşümüzü təşkil etsin”
Rusiyaya, vəziyyətlə maraqlanan bütün aktorlara Dağlıq Qarabağdakı mövcud vəziyyət, təhlükəsizlik məsələləri ətrafında Azərbaycanla görüş təşkil etmək təklifi ilə müraciət etmək lazımdır.
Qarabağdakı separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan bu barədə Facebook-da bildirib.
“Azərbaycan ərazisində vətəndaşlarımızın fiziki təhlükəsizliyinə heç kim təminat verə bilmədiyi üçün bu görüş Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerdə və ya üçüncü tərəfin iştirakı ilə istənilən təhlükəsiz yerdə keçirilə bilər. Əminəm ki, Rusiya hazırkı vəziyyəti müzakirə etmək üçün görüş təşkil edə bilər. Bu görüşün nəticələri ictimaiyyətə təqdim edilməli və bundan sonra müvafiq qərarlar qəbul edilməlidir”, – Nersisyan bildirib.
Basta