Paşinyan Makrona: “Əliyevlə təcili müzakirələrə hazıram”
Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan telefon söhbətində regiondakı vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını müzakirə ediblər.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan 6 oktyabr 2022-ci il tarixində Praqada və 14 may 2023-cü il tarixində Brüsseldə əldə olunmuş razılaşmalara və “bütün məsələlərin həllinə müstəsna olaraq diplomatik metodlarla və konstruktiv mühitdə yanaşmaya” sadiqliyini təsdiq edib.
Makron qeyd edib ki, sərhəd boyunca gərginliyi azaltmaq lazımdır.
Paşinyan “Azərbaycan prezidenti ilə gərginliyin azaldılmasına dair təcili müzakirələr aparmağa” hazır olduğunu bildirib.
Makron regionda sülh və sabitliyin bərqərar olunması üzrə səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.