Culfada narazı müəllimlər etiraza qalxdı
Mayın 9-da Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində güneyli müəllimlər etiraz aksiyası keçiriblər.
Onlar əmək haqlarının az olduğunu bildirib, öncəki aylardan qalan əmək haqlarının ödənilmədiyni deyiblər.
Müəllimlər təhsil işçilərinə qarşı zorakılıqlara da etiraz ediblər.
Narazılar etirazçı tələbə və müəllimlərin həbs edilməsini pisləyib və onların dərhal azadlığa buraxılmasını tələb rediblər.
Bununla yanaşı aylardır məktəblərdə davam edən qız şagirdlərin zəhərlənməsinə və bunun qarşısının alınmamasından narazılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Güney Azərbaycanın bir neçə şəhərində də oxşar aksiyalar keçirilib.
Günaz.TV