Bu son olmalıdır

Subyektiv
Öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək bir dövlət kimi bizim birinci borcumuzdur və biz bu savaşda yerdən göyə qədər haqlıyıq. Azərbaycanı “qartala” bənzədirlər xəritə üzərində. Amma tarix boyunca hər tərəfi qırılıb kəsildikdən sonra qartala bənzəməyə məcbur qalıb Vətənimiz. Hər tərəfimizdən öz tarixi torpaqlarımızla qonşuyuq.
Dünən BMT Təhlükəsizlik iclasında dinləmələrə baxıram. İnsafən XİN Ceyhun Bayramov bəziləri kimi ermənilərin peçenye yeməyindən deyil, ermənilərin ağır hücüm silahları ilə silahlanmasından danışaraq bu son əməliyyata haqlı olduğumuzu sübüt etməyə çalışdı. Təbii ki, bu silahlanma Rusiya tərəfindən həyata keçirilir və biz erməni ilə deyil Rusiya ilə savaşdlğımızı bilirik. Ermənilər sadəcə maşadır. Ukraynada ağır itkilərə məruz qalan Rusiya üçün Cənubi Qafqaz son ümüd yeridir özünü möhkəmləndirmək üçün. Bunun üçündə tarix boyu başqalarının aləti olmuş ermənilərdən istifadə edir.
Haqlı olsaq da dünyanın “mötəbər təşkilatları ” “yazıq və bədbəxt” erməni xalqının halına acımağı seçir. Məsələ türklər və ya müsəlmanlar olunca bütün qanunlar susur. 30 ildən çoxdur torpaqlarımız işğal altındadır, Qərbi Azərbaycanda bir nəfər olsun insanımız qalmadı, etnik təmizlənməyə məruz qaldıq, Qarabağda insanlarımız didərgin düşdü, ermənilərdən fərqli olaraq, nəinki unitaz, heç ayaqqabılarınl geyinməyə macal tapmadılar. Diri diri yandırırdılar işgəncələrə məruz qaldılar. Şəhərlərimiz yerlə yeksan oldu, viran qaldı. Dünya susdu. BMT 4 qətnamə qəbul etdi , hamısı kağız üzərində.
Amma biz torpaqları azad etməyə başlayanda hər tərəfdən qınağa məruz qaldıq.
Yanımızda sadəcə qardaş ölkəmiz olan Türkiyə oldu tam dəstəyi ilə.
Onuda deyim ki, son 150 ildə bu hadisə dəfələrlə təkrarlanıb. Bu son olmalıdır. Mən şəxsən öz torpaqlarımızda bir dənə olsun erməni dığasının qalmasını istəmirəm. Ya qalacaqlarsa başları üzərində jandarma kimi durmaq lazımdır. Çünki bu tayfaya güvən yoxdur. Əllərinə düşən ilk fürsətdə arxadan bıçaq sapladlqlarını gördük. Öz məqsədi üçün qadınlarını ən son peşə sahiblıri kimi istifadə edəcək qədər alçaq və rəzil tayfadır bunlar.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dövlətimin yanındayam. Çünki Dövlət Xalqındır. Nə iqtidar, nə müxalifətindir. Və buna ən çox bizim haqqımız var. Çünki ən ağrısını, ən acısını biz, Şəhid ailəlıri yaşamışıq. İndiyədək başqa ölkəyə daşınmaq barədə düşünsəkdə bundan sonra heç bir yerə gedəsi deyilik. Çünki Şəhid qanı ilə sulanan bu torpaqlar bizim qibləgahımızdır. Külümüzdən doğulan milıətik, genimiz təmizdir. Türkü, talışı, ləzgisi, avarı, kürdü , ümümiyyətlə buranı özünə vətən bilən bütün insanımızla Azərbaycanıq.
Bu ümumi fikrim. O ki qaldı ədalətsizliyə, talançılığa, məmur özbaşınalığına, dövlətə xəyanət edən xarici xidmət orqanlarının Ölkəmizdə yerləşdirdiyi cəsus təşkilatına, beşinci kalona, kimin kim olduğu göz önündədir. Onların zamanı və hesabı olacaq əlbət və ən ağır şəkildə cəzasıyla. Bu günkü müharibə vəziyyəti, antiterror əməliyyatları onlara zaman qazandıra bilər. Amma indilik.
Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərkən qəhrəmancasına Şəhid olan Oğullarımızın ruhu qarşısında baş əyirəm, Qazilərimizə can sağlığı arzu edirəm.
Məsələ Vətənsə, məsələ Dövlətçiliyimizdirsə gerisi təfərrüatdır!
Yazı şəhid Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimovanın feysbuk səhifəsindən götürülüb.