Qarabağdan köçmək istəyən ermənilər Xocalı aeroportuna toplaşıb
Qarabağ separatçılarının lideri Samvel Şahramanyan bu səhər Ermənistana getmək istəyən minə yaxın insanın toplandığı Xocalı aeroportuna baş çəkib. Bir sıra erməni mənbələrinin məlumatına görə, o, onların tezliklə Gorusa (Ermənistan) aparılacağını bildirib. Eyni mənbələrə görə, bu gün vətəndaşların birinci qrupu Gorusa köçəcək, sabah isə yol şəxsi avtomobili ilə getmək istəyənlərin üzünə açıq olacaq.
Şahramanyan həmçinin bildirib ki, banklar bazar ertəsi açılacaq və vətəndaşlar pullarını çıxara biləcəklər. Daha sonra separatçıların rəhbərliyi rəsmən təsdiqlədi ki, evsiz ailələr Rusiya sülhməramlılarının müşayiəti ilə köçürüləcək. Öz növbəsində Ermənistan hakimiyyəti Qarabağı tərk edənləri Gorusda yerləşdirməyə hazır olduqlarını bəyan edib.
Turan