Nurlan Əliyev Kordinasiya Şurasına sədr seçilib
Müsavatçıların avropada qurduğu təşkilat olan Müsavatçıların Avropa Kordinasiya Mərkəzinin (əvvəlki adı Müsavat Avropa Kordinasiya Mərkəzi) yeni rəhbərliyi seçilib.
Qurumdan Bastaya verilən məlumatda bildirilir ki, təşkilatın 24.06.2023 tarixində baş tutan toplantısında yeni nizamnamə qəbul edilib. Yeni nizamnaməyə uyğun olaraq qurumun kordinatorlarının birbaşa Kordinasiya Şurası üzvlüyü təsdiqlənib. Həmçinin 7 nəfər sərbəst Kordinasiya Şurası üzvü seçilir.
Bundan sonra Nurlan Əliyevin Kordinasiya Şurasının sədirliyinə namizədliyi irəli sürülüb. Toplantıda iştirak edən 8 KŞ üzvündən 7-si lehinə, 1 nəfər bitərəf olmaqla Nurlan Əliyev KŞ-nin sədri seçilib.
Basta