Müsavat Divanının gündəliyi
Oktyabrın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İçlasda əvvəlcə Divan üzvləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlını oğlu Elşad Aslanovun Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən medal ilə təltif edilməsi münasibətilə təbrik ediblər.
Daha sonra 18 oktyabr Müstəqilliyin mərpası günü münasibətilə planlaşdırılan tədbirlərə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
İclasda Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonrakı durum müzakirə edilib.
Ukraynada Rusiya işğalçılarına qarşı həyata keçirilən uğurlu hərbi əməliyyatlar barədə məlumat dinlənilib, regionda və dünyada gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.