Samvel Şahramanyanın həbsi barədə xəbər təkzib olundu
Separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın həbsi barədə xəbər təkzib olunub. Aravot.am saytı bu səhər yazıb ki, o, həbs edilməyib və xankəndidədir.
***
Qarabağdakı separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan həbs olunub.
Bu haqda Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Qarabağdakı qanunsuz hərbi birləşmələrə rəhbərlik edən general Kamo Vardanyan hələ Xankəndidədir və sabah onun taleyi həll olunacaq.
Ötən gün rejimin sabiq rəhbərləri Araik Arutunyan, Bako Saakyan və Arkadi Qukasyan həbs olunaraq Bakıya gətiriliblər.
Basta