Rəsmi Bakı Sarkis Qalstyanı Xankəndiyə səlahiyyətli nümayəndə təyin edib?
Ermənistanın “Haykakan Jamanax” nəşri Qarabağda yaşayan erməni Sarkis Qalstyanın rəsmi Bakı tərəfindən səlahiyyətli nümayəndə təyin edilməsi barədə təsdiqlənməmiş məlumat yayıb.
Bildirilir ki, Sarkis Qalstyanın separatçı rejimin keçmiş başçısı Bako Saakyanla sıx əlaqələri var.
O özü də orta ranqlı məmur olaraq rejimdə təmsil olunub, Şuşada özəl əmlaka, o cümlədən otel kompleksinə sahib olub.
Basta