Fərrux dağında son durum

“Azərbaycan Silahlı Qüvvələri Qaraqlux yüksəkliyində (Fərrux dağı) yerləşir, onlar xeyli artıb. Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb, burada erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir”.

 

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, bunu yerli jurnalist Armen Xaçikyan özünün feysbuk hesabında yazıb.

 

Martın 25-dən həmin ərazinin yaxınlığında  olduğunu qeyd edən Xaçikyan martın 30-na olan durumu belə təsvir edib:

 

“Düşmən nəinki Artsax (Qarabağ) ərazisində yerləşən Qaraqlux yaylasının bu istiqamətinə nəzarəti davam etdirir, həm də Xramort (Pirlər), Sərdaraşen və Xnabad istiqamətlərində irəliləyərək, bu kəndlərin birbaşa göründüyü ərazidə möhkəmlənməyə çalışır… Düşmən Seysulan istiqamətində Xaçen körpüsünə doğru irəliləsə, bundan sonra Martakert (Ağdərə) yolunun bağlanması və  Artsaxın iki yerə bölünməsi təhlükəsi var”.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun  Fərrux istiqamətindən geri çəkildiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

 

Basta