Beynəlxalq təşkilatlardan hakimiyyətə Tofiq Yaqublu həmləsi
Tofiq Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir, bu barədə Freedom House-un bəyanatında deyilir.
“Yaqublunun işi hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir. Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyadan və bununla əlaqəli məhdudiyyətlərdən müxalifləri susdurmaq və təqib etmək üçün bir fürsət kimi açıq şəkildə istifadə edir. Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir”, deyə Freedom House-un Avropa və Avrasiya üzrə proqram direktor Mark Berendt bildirib.
Azərbaycan “Qeyri-azad ölkə” reytinqinə malikdir və möhkəmlənmiş avtoritar rejim kimi təsnif edilir.
***
“Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz azad edilməsi məqsədilə onun barəsində həbs qərarına təcili olaraq yenidən baxmalıdır. Tofiq Yaqublu vicdan məhbusudur və onun həbsi Azərbaycan hakimiyyətinin siyasi müxalifəti və söz azadlığını boğmasının daha bir nümunəsidir”, deyə Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalya Nozadze bildirib.
“Tofiq Yaqublu prezident İlham Əliyevin idarəetməsinə qarşı çıxmağa cürət etdiyinə görə uzun illər ərzində təqiblərə məruz qalıb”, deyə o əlavə edib.
Yaqublu 2020-ci ilin martında, prezident Əliyevin COVİD-19-un yayılmasına qarşı mübarizə çərçivəsində müxalifət liderlərini “təcrid etmək” niyyətini bəyan etməsindən bir neçə gün sonra saxlanılıb. Bu çıxış onlarla müxalifət liderinin və fəalının saxta ittihamlarla həbsinə gətirib çıxarıb.
Aİ-nin İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç də Yaqublunun həbsini pisləyib.
“Tofiq Yaqublu barəsindəki hökm Azərbaycanda söz və ifadə azadlığının, azadlıq, təhlükəsizlik və ədalətli mühakimə hüquqlarının təmin edilməsi üzrə ciddi tədbirlərin görülməsi zərurətini bir daha sübut edir”, deyə o, Twitter-dəki mikrobloqunda yazıb.

Basta