Əfqanıstanda dəhşətli zəlzələ: minlələ ölən və yaralananlar var
Əfqanıstanın qərbində Herat şəhəri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib. “Reuters” Əfqanıstanın Təbii Fəlakətlər Nazirliyinə istinadən xəbər verir ki, iki mindən çox insan həlak olub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ oktyabrın 7-də Herat şəhərindən 35 kilometr şimal-qərbdə baş verib. Ölkə hakimiyyəti bunu son 20 ilin ən ölümcül zəlzələsi adlandırır.
Əfqanıstanın təbii fəlakətlər nazirliyinin rəsmisi Reuters agentliyinə bildirib ki, zəlzələ nəticəsində 2053 nəfər ölüb, daha 9240 nəfər yaralanıb. O, 1300-dən çox evin dağıldığını bildirib.