İran İsrailə zərbə endirmək üçün HƏMAS-a pul və silah verib – Əbu Ubeydə

İran prezidenti İbrahim Rəisi Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Rəisinin Fələstinin İslami Cihad qrupunun baş katibi Ziyad ən-Nahala ilə də telefon danışığı olub.

Agentlik qeyd edir ki, tərəflər Fələstində baş verənləri müzakirə ediblər.

Agentlik gizlətmir ki, İran HƏMAS-ın İsrailə zərbələrini açıq şəkildə dəstəkləyir.

Yeri gəlmişkən, internetdə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydənin İrana silahla dəstək verdiyinə görə təşəkkür etdiyi video yayılıb.

“Bizi silah, pul və digər avadanlıqlarla təmin etdiyinə görə İran İslam Respublikasına təşəkkür edirik. İran sionist qalalarını dağıtmaq üçün bizə raketlər verdi və tank əleyhinə raketlərlə bizə kömək etdi”, – Əbu Ubeydə bildirib.

Basta