Kanadanın Ermənistandakı səfirindən Azərbaycana dəstək

Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib ki, Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər.

“Biz heç kimin sanksiyalar yolunu seçdiyini görməsək də, Fransadan hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalar gördük. Bu, Azərbaycanı sülh prosesinin tərəqqisinə töhfə verə biləcək beynəlxalq görüşlərdən və müzakirələrdən imtina etməyə məcbur etdi”.

Qeyd edək ki,  Kanadanın xarici işlər naziri Melani Coli ötən həftə İrəvanda Azərbaycana qarşı sanksiyalar məsələsinin artıq “masanın üzərində” olduğunu deyib.

Basta