“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanıldı
Noyabrın 21-nə keçən gecə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı təyyarədən enməmiş saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Məlumatı onunla bir yerdə təyyarədə olan hüquqşünas Sübhan Həsənli verib (Meydan TV).
Sevinc Vaqifqızının evində axtarış aparıldığı bildirilir.
Qeyd edək ki, ötən gün “Abzas Media”nın baş direktoru Ülvi Həsənli saxlanılıb, onun barəsındə Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq, ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda valyuta gətirilməsi) maddəsi ilə cinayət işi başlanıb. Ülvi Həsənli, onun saxlanmasını rəhbərlik etdiyi mediada yayımlanan araşdırmalarla bağlı olduğunu bildirib. Hüquq müdafiəçiləri bu hadisəni ölkədəki repressiyaların davamı kimi qiymətləndirib.