Noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində görüş keçiriləcək
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində görüşün keçiriləcəyini təsdiqləyib.
“Belə görüş olacaq”, – o, iki ölkənin sərhədlərin delimitasiyası üzrə komissiyalarının görüşünün keçiriləcəyilə bağlı Yerevandan gələn məlumatları Turan-a şərh edərkən deyib.
Ayxan Hacızadə görüşün harada keçiriləcəyini açıqlamayıb.