Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tırtıllı minatəmizləmə maşını verib

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tırtıllı minatəmizləmə maşını verib.

“Azərbaycan Poltava bölgəsindəki ukraynalı xilasedicilərə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə maşını verib”, – Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Facebook səhifəsində bildirilir.

Həmçinin avadanlığın istehsalçı şirkətinin nümayəndələri mütəxəssislərə təlim keçmək üçün Ukraynaya gediblər.

Azərbaycanın təqdim etdiyi texnikadan Ukraynanın işğaldan azad edilmiş ərazilərində humanitar minatəmizləmədə istifadə olunacaq.

Son bir ay ərzində Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından-transformatorlardan və kabellərdən ibarət üç partiya humanitar yük göndərib.

Bu yardımların göndərilməsi Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya 7,6 milyon dollarlıq humanitar yardımın ayrılması haqqında sərəncamına uyğun olaraq həyata keçirilib.

Turan