“Abzas Media”nın daha bir əməkdaşı qaçaqmalçılıqda ittiham edildi
“Abzas Media”nın daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanılıb. Bu haqda redaksiyadan məlumat verilib.
Bildirilir ki, noyabrın 30-da saat 15:00-da Bakı Şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılan jurnalist idarədən Xətai rayon Polis İdarəsinə aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi açılıb.
Noyabrın 22-də Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Nəşrin baş redaktoru Sevinc Vaqifqızı da eyni müddətə həbs edilib.
Hər ikisi onlara qarşı irəlü sürülən xarici valyuta qaçaqmalçılığı ittihamlarını rədd edib.
Vəkillər Elçin Sadıqov (Vaqifqızını müdafiə edir) və Zibeydə Sadıqova (Həsənlini müdafiə edir) jurnalistlərə bildiriblər ki, müvəkkillərinə qarşı ittihamlarınn hüquqi əsası yoxdur.
Basta