Qasım Süleymaninin yas mərasimində partlayış barədə versiya
Yerusəlim Poçt qəzetinin siyasi analizinə əsasən irəli sürdüyü versiyasına görə Süleymaninin yas mərasimə həmlə ölk daxili qruplar tərəfindən olunub (Gunaz TV).
“İranda müxtəlif səbəblərə görə hakimiyyətə qarşı mübarizə edən fərqli qruplar var. O cümlədən, Xozistan Əyalətində Əhvaz Milli Müqavimət Qrupunu,
həmçinin İranın şimal-qərbində kürd və cənub-şərqində bəluç silahlı qruplarını qeyd etmək olar. Əlavə olaraq, illər öncə İranda İŞİD və Əl-Qaidə tərəfindən də həmlələr olunub.”-deyə qəzet qeyd edib.
Xatırladaq ki, SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani dünya üzrə ABŞ vətəndaşlarına qarşı terror aktlarına başçılıq etdiyinə görə 2020 ilin yanvar ayının 3-ü İraqın Hava Limanında Amerika tərəfindən PUA həmləsi ilə öldürülüb.
Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən anım mərasimləri zamanı törədilən iki partlayışda azı 103 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirir.
İranın məhkəmə sisteminə yaxın olan Mizan xəbər agentliyi yanvarın 3-də bildirib ki, partlayışlar Kerman şəhərində Süleymaninin məzarı yaxınlığında baş verib.