“Qarabağ” üstümüzdən keçdi” – “Braqa”nın kapitanı

“Günümüz deyildi. Bunu qəbul etməli və ona uyğun davranmalıyıq. İstədiyimiz oyun deyildi, “Qarabağ” ütümüzdən keçdi”.

QOL.az xəbər verir ki, bu sözləri “Braqa”nın kapitanı Abel Ruis Avropa Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a məğlub olduqları görüşdən (2:4) sonra deyib.

 

 

“Barselona”nın yetirməsi olan ispaniyalı hücumçu Bakıdakı oyunda çox şeyi dəyişmək lazım olduğunu bildirib: “Cavab matçında hər şeyi dəyişməliyik. Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra “Qarabağ” haqda düşünəcəyik. Revanşda çox şeyləri fərqli etməliyik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.