NATO ölkələri Ukraynaya bir milyon ədəd dron verəcək

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ölkələri Ukraynaya bir milyon pilotsuz uçan aparat ötürməyə söz verib. Ukrainskaya Pravda xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Bu qərar Ramşteyn formatında və iki günlük danışıqların yekunlarına əsasən qəbul edilib.