Navalnının anası Putinə müraciət etdi: “Mənə Alekseyin cəsədini verin!”

Siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Onun video-müraciəti Navalny Live kanalında yayımlanıb.

“Beşinci gündür ki, oğlumun cəsədini mənə vermirlər, hətta onun harada olduğunu demirlər. Mən sizə üz tuturam, Vladimir Putin, məsələnin həlli yalnız sizdən asılıdır. Nəhayət, oğlumu görməyə icazə verin. Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu insan kimi dəfn edim. “, – Navalnaya bildirib.

Basta