Rasiyanın Donetskdəki hərbi poliqonu vuruldu, azı 65 işğalçı öldü
Fevralın 20-də Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudovskoye kəndi yaxınlığındakı poliqona hücum edib. BBC Rus Xidməti mənbələrə istinadən xəbər verir ki, hücum nəticəsində azı 65 rusiyalı işğalçı məhv edilib.
Onların fikrincə, zərbələr HİMARS sistemi ilə həyata keçirilib. Bu zaman 36-cı qvardiya motoatıcı briqadasının (06705 saylı hərbi hissə, Trans-Baykal ərazisi) hərbi qulluqçuları poliqonda olublar.
4-cü, 5-ci və 6-cı rotalardan olan hərbçilər təlim meydançasında dayanaraq Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirmişlər.
Fefralın 21-i səhər saatlarında isə Ukrayna mediası Rusiyanın daha bir Su-34 qırıcısının vurulduğu barədə məlumat yayıb.
Basta