Təmas xəttindən son xəbər
Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin məlumatına görə, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
***
Martın 25-i günorta saatlarında Qarabağın Fərrux kəndi və eyniadlı yüksəkliyi yaxınlığında döyüş olub. Nəticədə erməni tərəfinin 14 yaralı və 2 ölü olduğu bildirilir və ermənilər Azərbaycan hərbçilərini bu strateji yüksəklikdən sıxışdırıb çıxara bilmədilər. Rusiya sülhməramlıları da azərbaycanlıları geri çəkilməyə məcbur edə bilmədilər. Bu barədə cümə günü erməni mətbuatı məlumat yayıb (ölənlərin sayının 3-ə çatdığı bildirilib).
Eyni mənbələr Azərbaycan tərəfinin erməni mövqelərinə pilotsuz təyyarələrlə hücum etdiyini iddia edir.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri bir gün əvvəl Fərrux kəndini və eyniadlı hündürlüyü tutarag ora yol çəkməyə başlayıb. Azərbaycan hərbçilərinin Farux kəndini atəş açmadan nəzarətə alması, Rusiya sülhməramlılarının isə baş verənlərə müdaxilə etmədiyi bildirilir.
Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Fərrux yüksəkliyi (1200 m) ətrafında hərbi əməliyyatların aparılması ilə bağlı xəbərlərini şərh etməyib.
Qeyd edək ki, Qarabağın keçmiş Əsgəran rayonunundaki Farux yuksəkliyi lstrateji əhəmiyyətə malikdir. Bu dominant hündürlükdən Əsgəran rayonunun əksər hissəsini, o cümlədən rayon mərkəzini silah altında saxlamağa imkan verir.
* * *
2022 Mart 25 (Cümə) 14:34:41
Azərbaycan hərbçiləri “Fərrux” yüksəkliyinə yol çəkirlər
Bakı/25.03.22/Turan: Martın 25-də səhər saatlarında Azərbaycan hərbçiləri Qarabağda Fərrux kəndinin yaxınlığındakı eyniadlı yüksəkliyə (1200 metrə yaxın) yolun çəkilişinə başlayıblar. Bu barədə cümə günü günorta Ermənistan KİV-ləri məlumat yayıblar.
Onların yaydıqları videoda görünür ki, Rusiya sülhməramlıları bu işləri sakit müşahidə edir və onlara mane olmurlar. Ermənilərin Şoyqunun Həsənovla söhbətindən sonra vəziyyətin dəyişəcəyinə olan ümidləri özünü doğrultmayıb.
Erməni tərəfi həmçinin bildirib ki, ötən gecə həmin sahədə döyüş zamanı beş erməni hərbçi yaralanıb.
Beləliklə, əgər “Fərrux” yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçirsə, Qarabağın bu hissəsində erməni qüvvələrin vəziyyəti xeyli zəifləyəcək. Xocalıya qədər bütün yaxın yaşayış məntəqələri, həmçinin Ağdam-Əsgəran yolu birbaşa hədəfə düşür. (Turan)
Basta