Roma Papası: “Seks və dadlı yemək – ilahi bir həzzdir”

Sevdiyiniz biri ilə cinsi əlaqədə olmaq və ya dadlı bir yemək yemək həzzi birbaşa Tanrıdan gəlir. Bunu Roma Papası Fransisk TerraFutura kitabını şərh edərkən söyləyib, RİA Novosti yazır.

Pontifikə görə, kilsə həmişə “qeyri-insani, kobud və ədəbsiz zövqü” qınayıb, lakin sadə, insani və əxlaqi olan hər şeyi qəbul edib.

Papa vurğulayıb ki, hissləri inkar edən “şişirdilmiş əxlaq”, xristian mesajının yanlış anlaşılmasıdır. Onun fikrincə, yemək ləzzəti insanın sağlam olmasına xidmət edir, cinsi əlaqənin doğurduğu həzz isə sevgini daha da gözəlləşdirir və növün davamlı olmasının qarantı kimi çıxış edir.

Basta