Rusiya hərbçilərinin cəmləşdiyi yerə zərbə endirildi – Bu dəfə Xersonda (Video)

Ukrayna ordusu Xerson vilayətində Rusiya hərbçilərinin cəmləşdiyi əraziyə HİMARS reaktiv yaylım atəşi sistemlərindən zərbə endirib. Müvafiq videolar fevralın 21-i axşam saatlarında Ukrayna sosial şəbəkələrində yayılıb.

“Meduza” Ukraynanın DeepState layihəsinə istinadən məlumat yayıb ki, hücum Xerson vilayətinin işğal altında olan Podo-Kalinovka kəndi yaxınlığında yerləşən poliqonda həyata keçirilib.

Örən gün Rusiyanın Donetsk vilayətindəki poliqonuna Himars ilə zərbə endirilib, nəticədə azı 65 Rusiya hərbçisinin məhv edildiyi barədə məlumat yayılıb.

 

Basta