Bahçeli Ərdoğanla yollarını ayırsa…

MHP liderinin mesaj dolu videosuna sözardı
Xəqani Cəfərli
Türkiyədəki iqtidarın iki əsas sütutunundan biri olan Milliyətçi Hərəkat Partiyasının başkanı Devlet Bahçelinin parkda təkbaşına gəzintisinin görüntülərinin Ferdi Tayfurun məşhur “Söyleten Sensin” mahnısının müşaiyyəti ilə videorolik kimi MHP-nin sosial şəbəkə hesablarından yayılması geniş əks-səda doğurub. (Mahnıda “mən zənə dost oldum, sən mənə düşmən” sözləri var – red.). 
Bu MHP-nin iqtidarla yollarını ayırmaq istəyinin ikinci mesajı hesab olunur. Bu videonun yayılmasından iki gün öncə Devlet Bahçeli Maliyyə və xəzinə və naziri Mehmet Şimşəyin ABŞ-da Beynəlxalq Valyuta Fondunun Bahar Toplantıları çərçivəsində qatıldığı paneldə Türkiyə vətəndaşlarından bəhs edərkən “yerli xalq” ifadəsini işlətməsinə kəskin reaksiya verərək bunun türk millətini dəyərsizləşdirməyə xidmət edən bədnam zehniyyət adlandırmışdı.
İstanbuldakı məlumatlı şəxslər hesab edirlər ki, 31 mart seçkilərindən sonra Bahçeli Ərdoğanla iqtidarı davam etdirməyin mümkün olmadığı qənaətinə gəlib, yollarını ayırmaq üçün ictimai rəyi hazırlayır. İslamçı Yenidən Rifah Partiyasının ardınca MHP-i də iqtidarla yollarını ayırsa bir ilə kimi Türkiyədə iqtidar dəyişəcək.