Uinston Çörçill: “Yanlış donuzu kəsdik”
Xəqani Cəfərli
Rusiya bir neçə əsr boyu raşizmin (rus faşizmi) mahiyyətini gizlədərək bəşəriyyəti aldada bilib. Çarizm, kommunizm kimi libaslara bürünən raşizmin nə qədər təhlükəli olduğunu ilk fərq edənlərdən biri ingilis xalqının son yüz ildə yetişdirdiyi ən böyük dövlət və siyasət xadimi hesab etdiyim Uinston Çörçill olub.
İkinci Dünya Müharibəsinin başa çatmasından az sonra Sovet İttifaqının deyil, Almaniyanın darmadağın edilməsinin səhv olduğuna işarə edərək deyib ki, yanlış donuzu kəsdik.
Çörçill bu səhvlərini düzəltməyin mümkün olduğuna inanırdı, ancaq ABŞ-ın o zamankı prezidenti Harri Trumeni bu fikirə inandıra bilməyib. Çörçill israrla ABŞ prezidenti Harri Trumenı Kremli “yer üzündən siləcək” və Sovet İttifaqını “kiçik problem”ə çevirəcək qabaqlayıcı nüvə zərbəsi endirməyə razı salmağı çalışıb. Xirosima və Naqasakiyə endirilən nüvə zərbəsinin ağır təssüratı altında olan Trumen bu təkliflə razılaşmayıb.