Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırdı
Tacikistan Xarici İşlər Nazirliyi aprelin 27-də öz vətəndaşlarına “zərurət olmadıqda, bütün növ nəqliyyat vasitələri ilə Rusiya ərazisinə getməkdən müvəqqəti çəkinməyi” tövsiyə edib.
Bir gün əvvəl nazirlik Rusiyanın respublikadakı səfiri Semyon Qriqoryevə Rusiyaya girişin əsassız olaraq əngəllənməsi halları ilə bağlı narahatlığını bildirib.
“Asia Plus”ın aprelin 25-də verdiyi məlumata görə, aprelin 22-dən etibarən Orenburq vilayətində Qazaxıstan-Rusiya sərhədində 180-ə yaxın Tacikistan dövlət nömrə nişanlı avtomobil ilişib qalıb. Nəşr iddia edib ki, Tacikistan vətəndaşlarının sərhədi keçməsinə yalnız araşdırma və sorğu-sualdan sonra icazə verilib.
Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında Tacikistandan olan mühacirlərin günahlandırıldığı terror aktından sonra Rusiya şəhərlərində xarici vətəndaşlara qarşı kütləvi yoxlamalar aparılmağa başlayıb. BBC-nin rusca xidməti xüsusilə Moskvada miqrantlara qarşı yoxlamaların gücləndirildiyini yazıb.
Basta