Müsavat sentyabrın 15-də Türk şəhidliyini ziyarət edəcək
Sentyabrın 14-də Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlərlə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.
Sonra Müsavat başqanının müavini Razim Əmiraslanlı partiyanın Gəncə şəhər, Samux, Bərdə, Goranboy, Beyləqan, Salyan və Şamaxı rayon təşkilatı sədrlərinin iştirakı ilə video-konfrans rejimində keçirilən müşavirə haqqında məlumat verib.
İclasda Tofiq Yaqublun həbsi və onun azad olunması tələbilə keçirilən aclıq aksiyası müzakirə olunub. Müsavat Tofiq Yaqublunun və bütün siyasi məhbusların dərhal azad olunmasını bir daha tələb edib.
Toplantıda həmçinin Belarusda baş verən hadisələr haqqında fikir mübadiləsi aparılıb, Minskdə təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı zorakılığı pislənilib.
Divan sabah, sentyabrın 15-də saat 12:00-da Bakının rus-erməni işğalından azad olunmasının 102-ci ildönümü ilə bağlı Bakıdakı Şəhidlər Xiyabanında Türk şəhidliyini ziyarət etmək barədə qərar qəbul edib.
.
Basta