İsmayıllıda Müsavata imza verən seçicilərə təzyiq olunur

İsmayıllı rayonunda Müsavat Partiyasının namizədi Dünyaxanım Cahanın deputatlığa namizədliyinin qeydə alınması üçün imza verən seçicilərə təzyiq olunur.

Bu haqda namizəd özünün feysbuk səhifəsində məlumat paylaşıb.

“Aşıqbayram kəndindən mənə imza verən kənd sakinləri  bildirdilər ki, kənd icra nümayəndəsi qapı qapı düşərək, niyə Müsavat Partiyasının namizədinə imza verdiklərini soruşur. Bu hadisə dünən başqa bir kənddə də baş vermişdi. Bu gün səhər mən MSK-nın sədri M.Pənahova teleqram göndərdim. Sonra 89 saylı İsmayıllı seçki dairəsinin sədri Namiq Kərimovla görüşdüm və icra strukturlarının seçkiyə müdaxilə etməsinə son qoyulmasını tələb etdim”- deyə, D.Cahan bildirib.

“Burdan MSK sədri M.Pənahova səslənirəm. İcra strukturlarının seçkiyə müdaxiləsinə son qoyulsun!” – namizəd vurğulayıb.

Basta