Kamala Harrisin vitse-prezidentliyə seçimi – Tim Valz “liberal” etiketindən məmnundur

Nadir hallarda məktəbdə sosial elmlər müəllimi ABŞ siyasətinin zirvəsinə yüksəkmək imkanı əldə edir. Lakin çərşənbə axşamı Demokrat prezidentliyə namizəd Kamala Harrisin vitse-prezidentliyə tərəfdaş kimi seçdiyi Minnesota qubernatoru Tim Valz belə bir şəxsdir.

Valz Demokratlar arasında Respublikaçı opponent Donald Tramp və onun vitse-prezidentliyə namizəd tərəfdaşı JD Vansı “qəribə” adlandırmaqla populyarlıq qazanıb.

“Əgər Tramp kiməsə gülmürsə, onda gülmür,” Valz bu yaxınlarda bildirib. O, Trampın seçki kampaniyasında filmdə adamyeyən obrazı kimi çıxış edən Hannibal Lekter, yaxud köpək balıqlarının okeanda hücum etməsindən bəhs etdiyini nəzərdə tutaraq Respublikaçı öncülün “qəribə hekayələr” paylaşmasına diqqət çəkib.

Lakin 12 il konqresmen və beş ildir Minnesota ştatının qubernatoru olmasına baxmayarq, Valzı ABŞ siyasi səhnəsində az adam tanıyır.

Avqust ayında NPR/PBS News/Marist qurumlarının keçirdikləri rəy sorğularında əksəriyyəti Demokratlar olmaqla amerikalıların çoxu Valz haqqında nə müsbət, nə də mənfi rəyə malik olmadıqlarını deyiblər.

Ümummilli miqyasda keçirilən sorğularda hər 10 amerikalıdan 7-si Valz haqda eşidib-eşitmədiyinə əmin olmadığını bildirib. Onu tanıyan Demokratların 31 faizi Valz haqda müsbət təsəvvürə malik olduqlarını deyiblər.

60 yaşlı Valz Kamala Harrisdən yalnız altı ay böyükdür, hərçənd bəzi təhlilçilər onun 40 yaşlı saqqallı JD Vansdan yaşlı göründüyünə diqqət çəkirlər.

Valz zarafatla saçının tökülməsini 20 il məktbədə işləməsi ilə əsaslandırıb

“O işi saç dolu başla tərk etmək mümkün deyil, inanın mənə,” Valz sosial mediada bildirib.

Valz 24 il Ordu Milli Qvardiyasında xidmət göstərib, Mankato Qərb Məktəbində dərs deyib və həmin məktəbin futbol komandasına məşqçi olaraq bir dəfə ştat çempionluğunu qazanıb.

Son il yarım ərzində Valzın rəhbərlik etdiyi Minnesota ştatında abort hüququ qanunda əksini tapıb. Eləcə də liberal təmayüllü ştat sənədsiz immiqrantlara sürücülük vəsiqəsi almağa icazə verib, silah almaq istəyənlər üçün yoxlama prosesini genişləndirib, marixuananı leqallaşdırıb və cinsini müəyyən edən adamlar üçün səhiyyə xidmətinə təminat verib.

Valzın imzaladığı qanunlardan biri hər iki partiyanın dəstəyi ilə ştat hökumət işlərinin 75 faizi üçün universitet dərəcəsi tələbini ləğv edib. Demokratlar həmçinin ştat boyu məktəblərdə pulsuz yemək verilməsinə və azgəlirli ailələrin övladlarının universitetə pulsuz təhsil almasına şərait yaradıb.

İyul ayında CNN-ə müsahibəsi zamanı Valzdan onun Amerikanın şimal-mərkəzi ştatında yürütdüyü liberal siyasətin mühafizəkarların hücumlarına məruz qalacağı barədə sualına cavabında bu cür ittihamlardan narahat olmadığını bildirib və əlavə edib ki, söhbət uşaqların qarındolusu yemək yeməsi, dərsə gedə bilməsi və qadınların öz sağlamlıqları haqda sərbəst qərar verə bilməsindən gedir.

“Əgər onlar mənə bu adı (liberal) qoymaq istəyirlərsə, mən bu adı öz üzərimə görüməkdən xeyli məmnunam,” Valz deyib.

 

Amerikanın Səsi