Kurskda Rusiyanın hərbi kolonu məhv edilib (Video 18+)

Rusiya teleqram kanallarında cümə günü Ukrayna ilə həmsərhə olan Kursk vilayətində  məhv edilmiş hərbi karvanın video görüntüləri yayılıb.

BBC Verify (BBC-nin məlumatların təhlili, videoların öyrənilməsi və həmçinin öz araşdırmaları ilə tam fakt-chekinq aparan bölməsi) həmin videonun Rılsk yaxınlığındakı Oktyabrskoye kəndi yaxınlığında lentə alındığını, eləcə də məlumatların həqiqiliyini təsdiqləyib.

Müstəqil tədqiqatçılar videoda  vurularaq sıradan çıxarılmış 14 yük maşını sayıblar, onlardan bəzilərinin arxasında ölən əsgərlərin cəsədləri görünür. Ölənlərin dəqiq sayı məlum deyil, Rusiya və Ukrayna mənbələri yazır ki, hərbi karvanda bir batalyona qədər şəxsi heyət ola bilərdi.

Ehtimal olunur ki, zərbə HIMARS raket sistemindən endirilib.