Deputat nə deməkdir?

Deputatdı? Yuxarıdan gəlib? Lap deputat kimi danışır… Yəqin ki, yaşlı insanlara bu komik deyim çox tanış gəlir.
Ölməz aktyor Lütfəli Abdullayevin
“Əhməd haradadır?” filmində yaratdığı obrazın ifadə etdiyi bu sözlər ani olaraq üzlərdə
təbəssüm yaradır.
Təbii bir sadəlövhlüklə söylənən iki kəlmə söz “deputat” haqqında düşünməyə
vadar edir. Doğrudan da, axı nə deməkdir deputat?
Seçildiyi beş il müddətində ona aid
olan kürsünün keşikçisi, yoxsa taleyüklü məsələləri həll etmək yolunda xalqın
mənafeyinin keşikçisi?
Ədəbi irsimizdən rəhmətlik Mirzə Cəlilin isə bu mövzuda daha ibrətli bir məqaləsi
yada düşür. Məzmun bundan ibarətdir ki, deputatlığını irəli sürən şəxs onu dinləmək
üçün yığılan camaata öz nitqini söyləyən zaman bir də baxır ki, özündən başqa yalnız
bir nəfər qalıb. Ondan nə üçün dayandığını soruşanda həmin adam cavab verir ki, sənin
üzərində durub nitq söylədiyin çəlləyin sahibiyəm. Onu aparmaq üçün gözləyirəm.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində baş
verən proseslər nədənsə daha çox şou xarakterliliyi ilə diqqəti cəlb edir.
Söhbətin ilk başlanğıcında seçki dairələrində deputatların “öz yerlərinə” ailə üzvlərini irəli sürməsindən danışıldı.
Bu yöndə namizədliyini irəli sürənlərdəisə
daha çox əyləncəyə, teatra marağa oxşar bir hal özünü biruzə verir.
Amma gəlin ölkənin, xalqın gününə, güzəranına baxaq. 30 illik işğaldan saysız-
hesabsız şəhidlərin qanı bahasına azad olunan Qarabağda həyatın yenidən
qurulması, əhalinin sosial vəziyyətinin tədricən yaxşılaşdırılması, dünya iqtisadi
böhranının yaratdığı fəsadlara qarşı dözümlü olmaq hər bir vətən övladından nə qədər
fədakarlıq tələb edir.
Deputat olduğu yerə bir də qayıtmaq istəyən, yaxud həvəsə düşüb deputat olmaq
istəyən xanım və cənab.
Birinci növbədə bu işin mahyyətinin nəolduğunu özlüyündə
hiss edirsənmi? Onu bilirsənmi ki, narkomaniyaya məruz qalaraq, ayaqlarını sürüyə-
sürüyə yeriyən gənclər bu vətənin övladlarıdır. Onu da bilirsənmi ki, onları bu hala
gətirən daşüzlü narkotacirlər həbsxanalarda ölkə büdcəsinin hesabına yeyib-yatırlar.
Belə bir məsuliyyətin qarşısında deputat olmağa hazırsanmı?
İşsizliyin yaratdığı təsirin nəticəsi ona gətirib çatdırıb ki, əvvəllər nadir hallarda baş verən
dələduzluq indi kütləvi hal alıb. Deputat postunu əldə etdiyin zaman bu cür
problemlərin həlli sənin öhdənə düşür. Mən öhdəliyin sadəcə bir qismini xatırlatdım.
Nəzakət Muradova