“Qafqazinfo”nun böhtanına Arif Hacılıdan cavab
Qafqazinfo saytı dünən, avqust ayının 12-də Avropa İttifaqının Bakı ofisində keçirilən görüşümüz barədə
yalan və böhtanlarla zəngin olan məlumat yayıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birlikdə iştirak etdiyimiz görüşə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən Avropa ölkələri diplomatık korpusunun nümayəndələri də qatılmışdı.
Yazida iddia olunduğu kimi ABŞ və Böyük Britaniyanın səfirləri bu görüşdə iştirak etməyib. Həmçinin bu görüşə İsa bəy və məndən başqa Azərbaycanda fəaliyyət göstərən hər hansı təşkilatın nümayəndələri də qatılmayıb.
Görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durum 1 sentyabr seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, siyasi məhbuslar, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinim əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Qafqazinfo saytının görüşün iştirakçıları, məqsədi barədə yazdıqları yalan, görüşdə müzakirə olunan məsələlər barədə yazdıqları isə tamamilə uydurma və böhtandır.
Sayt bizi Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaradan əməldə ittiham edib.
Qafqazinfo saytı və qeyd edilən “məlumatın” müəllifləri öz saytlarında eyni həcmdə yazı ilə təkzib verməli və bizdən üzr istəməlidir.
Əks halda tələbimiz hüquq müstəvisində irəli sürüləcək.
Yazı Arif Hacılının feysbuk səhifəsindən götürülüb