Belarusda “Ədalət yürüşü” keçirilib
Belarusun paytaxtı Minskdə növbəti bazar günü aksiyası keçirilib.
“Ədalət yürüşü” adlandırılan budəfəki yürüşdə etirazçıların Azadlıq meydanından Ali Məhkəməyə, daha sonra isə Lukaşenkanın iqamətgahına doğru yürüş edib.
Ən son məlumatlara görə, xüsusi texnika Ali Məhkəmə, Azadlq Meydanı və Lukaşenkanın igamətgahı ərtafına cəmləşib.
AzadlıqRadiosunun Belarus xidmətinin verdiyi məlumata görə, bəzi yerlədə “BTR “-lər də gözə dəyir. Maneələrə baxmayaraq, əllərində qırmızı-ağ bayraqlar olan minlərlə insanın Azadlıq prospektinə çatdığı və oradan da Lukaşenkanın iqamətgahına doğru irəlilədiyi qeyd olunub.
.
Bu ərəfədə Minskdə prokurorluq azyaşlı uşaqları ilə aksiyaya çıxan valideynlərin axtarışına başlayıb.
Bundan başqa sosial şəbəkələrdə vətəndaşları dəstəkləyən 30-a yaxın diplomatın da vəzifəsindən uzaqlaşdırlacağı ilə bağlı məlumatlar yayılmaqdadır. AzadlıqRadiosunun məlumatına görə, bu barədə özünün teleqram səhifəsində Belarusun Fransada səfiri olmuş Pavel Latuşko məlumat paylaşıb.
Minskin bəzi yerlərində OMON-un etirazçılara zor tətbiq etdiyi, onları zorla xüsusi maşınlara mindirdiklərini əsk etdirən videolar var.
Gələn məlumatlarda vurğulanıb ki, hakimiyyət səhər tezdən Minskdə şəhərin mərkəzinə çıxan 6 metro stansiyasını bağlayıb.
Bundan başqa aksiyaya aparan bəzi yolların da bağlandığı bildirilib. Şahidlərin dediyinə görə, Azadlıq prospektində dayanan zirehli texnikanın üzərinə quraşdırılmış səsgücləndiricilərdən sovet mahnıları verilir ki, adamların səsləndirdikləri şüarlar eşidilməz olsun.
“Dojd” telekanalı isə OMON-nun təzyiqlərindən qaçan adamlara qapısını açan bir kafedən görüntülər paylaşıb.Belarusda gərginlik avqustun 9-da keçirilən prezident seçkisindən sonra başlayıb. Belə ki, seçki günün sonunda və bir neçə gün sonra seçkilərdə 80 faiz səs çoxluğu ilə Lukaşenkanın qalib gəldiyi elan edilib. Amma bunun heç də belə olmadığını, səslərin saxtalaşdırıldığını deyən müxalif namizədlər və seçicilər etirazlara başlayıb.
.