Müsavat Divanının gündəliyi

 

Oktyabrın 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, həftə ərzində rayon təşkilatlarında keçirilən iclaslar və üzvlüyə qəbul olunan şəxslər barədə məlumat verilib.

Bildirilib ki, Müsavat rəhbərliyi “Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı növbəti instansiyaya – Apelyasiya Məhkəməsinə müraciət edib.

Daha sonra ictimai-siyasi vəziyyət müzakirə olunub. Oktyabrın 26-da Gürcüstan keçiriləcək parlament seçkiləri, Ukrayna cəbhəsində son durum və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.