Seçkinin alternativi yoxdur
Səxavət Soltanlı, Müsavat başqanının müavini
Öz ölkəsində seçkiyə getməyən insanların, öz ölkəsində seçkidə iştirak etməyən, iştirak etməməyi təşviq edən, təbliğ edən, hətta irəli gedib seçkiyə gedənləri xəyanətkar adlandıranların Gürcüstandakı seçkilərdə, seçki fonunda baş verən proseslərdə Gürcü xalqının, müxalifətinin “yanında” olduğunu ifadə etməsi başqa problemdir.
Azərbaycanda seçki prosesinin sıradan çıxarılmasında əsas pay sahibi əlbəttə hakimiyyətdir. Gəlin razılaşaq ki, özümüzün də günahımız az deyil. 20 ildir seçkidə iştirak yoxsa boykot davası aparan müxalifətin “boykot qanadı”, o qanadı dəstəkləyən hər kəs bir daha düşünməlidir. Günahlarını etiraf etməsələr belə, səhvlərini təkrarlamaqdan, kor atı minib köndələn sürməkdən imtina etməlidir.
Əmin ola bilərsiz, Gürcüstanda ən zəif müxalif partiyalardan, seçki bloklarından biri seçkidə iştirakın əlehinə təbliğat aparsaydı, gecə gündüz seçkidə iştirakı xəyanət adlandırsaydı seçkiyə gedən müxalif seçicinin 20-25 faizi seçki günü, küçələrə çıxanların 50 faizi bu gün evindən çıxmayacaqdı.
Demokratiyada seçkinin alternativi yoxdur.