AXCP fəalı həbs olunub

Dekabrın 14-də Bakının Səbail Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon təşkilatının sədri Ceyhun Novruzovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilərək 10 sutka inzibati həbsə məhkum edib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Ceyhun Novruzov dekabrın 13-də Səbail rayonu ərazisində polisin taksi sürücülərini cərimə etməsinə etiraz etdiyi üçün saxlanılıb.

AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o, vətəndaşların hüquqlarını müdafiə etdiyi üçün cəzalandırılıb.