Ukrayna ordusu Kurskda əks-hücuma keçdi
Ukrayna hərbçiləri Kursk vilayətində Bolşoye Soldatskoye kəndi istiqamətində hücuma keçib.
Bu haqda ilk xəbərlər yanvarın 5-i səhər Rusiyanın müharibə tərəfdarı olan teleqram kanallarında dərc olunub. WarGonzo xəbər verir ki, Ukrayna ordusu Sudjadan hücuma cəhd edib və Bolşoye Soldatskoye kəndi istiqamətində irəliləyib. Hərbi bloger Yuriy Podolyaka Ukrayna Silahlı Qüvvələrinin “gözlənilən” əks-hücum əməliyyatına başladığını bildirib”.
Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” teleqram kanalı isə Ukrayna Silahlı Qüvvələrinin Bolşoye Soldatskoye kəndi və qonşu kənd istiqamətində hücuma cəhd etdiyini bildirib.
Tezliklə Ukrayna rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə bağlı xəbərlərə münasibət bildiriblər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, rus qoşunları Kursk vilayətində “bir neçə istiqamətdən hücuma məruz qalıb və bu, onlar üçün sürpriz olub”.
Ukrayna Silahlı Qüvvələrinin hücumunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak da təsdiqləyib. “Kurşinadan yaxşı xəbərlər var, Rusiya layiq olduğu şeyi alır” deyə o, Telegram kanalında yazıb.
Basta