Öz cəzanı özün kəs
Tanrının işinə bax – gözün aydın, Azərbaycan xalqı! Araik səndən üzr istəyir. Yox
bir hələ üzristəməsin. Mənəviyyatı dığa (mən təhqir mənasında demirəm, ermənilərdə
bu sözün mənası oğlan deməkdir) vaxtında orta məktəbdə türk xalqını “tork” deyə
təhqiredərək formalaşmış bu saxta prezident indi mədəniyyət nümunəsi göstərməklə
gözə kül üfürməklə məşğuldur.
Araikin üzr istəməsini sevinclə paylaşan saytlar onu demirlər ki, sənin bu üzr
istəməyin sənin başına dəysin. Hansı üzlə üzr istəyirsən?
Xocalı qızlarının namusuna
təcavüz edib,oğlanlarını saqqalayan, qəbiristanlıqlardakı ölülərin skeletlərini bir göz
qırpımında bayıra tullayan quduz erməni hərbçilərinin əvəzindən, yoxsa Amerika,
Fransa hökumətlərinin yan-yörəsində kinlərindən fısıldayaraq Qarabağı da İrəvan kimi caynaqlarına keçirə bilməyən erməni lobbisinin əvəzindən üzr istəyirsən?
Bu əməllər hara, üzr istəmək hara. Üzr istəmək çox yüngül məsələdir. Kimsə
kiminsə qəlbinə toxunan söz deyəndə, yaxud ictimaiyyət arasında bilmədən bir kimsəni
itələyəndə “üzr istəyirəm, bağışla” deyir.
Məhkəmənin gedişində Araikə hakim
deməlidir ki, sənin üzr istəməyin heç nəyi dəyişdirməyəcək. Bu zaman hakim ona
fevralın25-də dağın yamacında gülləbaran edilmiş, gəlinciyini bağrına basmış azyaşlı
qızın və əli əsalı ağsaqqalın fotosunu göstərsin. Araik yalnız bu zaman üzr istəməsindən
utanmış ola bilər.
Araik Arutyunyan, məhv etdiyiniz körpüləri bərpa etməyə sənin üzrxahlığının
gücü çatan deyil. Varlığında iradə deyilən bir şey varsa, öz cəzanı özün kəs.
Nəzakət Muradova