“Haqqı tapdalananlar sonda bizim üzərimizə gələcəklər” – deputat
İmişlidə baş verən hadisələrlə bağlı dərs çıxarmalıyıq.
Modern.az xəbər verir ki, bunu İmişlinin deputatı Razi Nurullayev İnsan hüquqları komitəasinin iclasında deyib.
O qeyd edib ki, cəmiyyətdəki bəzi qüvvələr, ekstermistlər qığılcım axtarışındadır.
“İnsan hüquqları komitəsi olaraq haqqı tapdalananlar sonda bizim üzərimizə gələcəklər. Bizim komitə hüquq mühafizə orqanları ilə çox yaxşı işləyir. Bundan dərs çıxarmalıylıq. Deməli, qığılcım ola bilər. Bir neçə yerdə də qığılcım olsa, Azərbaycanı necə təsəvvür etmək olar? Hamı elə bilir k, dəyişiklik olsa, cibində 100 minlərlə gəzəcəklər”, – deputat bildirib.