Fransada aksiya: “Azərbaycanda repressiyalara son qoyulsun”
Bu gun, sentyabrın 26-da Fransanın Ren şəhərindəki Rüspublika meydanında müsavatçı siyasi mühacir Sarvan Davudoğlu Azərbaycanda siyasi repressiyalara son qoyulması tələbilə aksiya keçirib.
.
Aksiyada bütün siyasi məhbusların azad olunması, hazırda ev dustağı olan Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya, eləcə də üzərində 5 il 6 ay şərti cəza olan Basta saytının baş redaktoru Mustafa Hacıbəyliyə bəraət verilməsi tələb edilib.
.
Hüquq müdafiə təşkilatları Azərbaycanda yüzdən artıq siyasi məhbusun olduğunu bildirir.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb. Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
.
Mustafa Hacıbəyli bastainfo.com saytında 2018-ci ildə elektrik enerjisi verilməsində fasilələr və Gəncə şəhərinin icra başçısına qarşı hücumla bağlı dərc edilmiş iki məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.
.
Basta