Tərtərdə traktor sürücüsü mina partlayışı zamanı xəsarət alıb

Bu gün səhər Tərtər rayonunda əkin işləri zamanı traktor minaya düşərək partlayıb. Partlayış nəticəsində traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbala oğlu olub,  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətindən verilən məlumata görə, o, xəstəxanaya çatdırılıb. Şəxsin bir  qolu amputasiya edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə səhər saat 7 radələrində Tərtər rayonunun Suqovuşan kəndində kənd təsərrüfatı işləri aparılan zaman baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

2020-ci il noyabrın 10-da 44 günlük müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 334 Azərbaycan vətandaşı zərər çəkib, o cümlədən 65 nəfər ölüb, 269 nəfər yaralanıb.