Rusiya Təhlükəsizlik Şurası Azərbaycana qarşı “tədbirlər” hazırlayır?

Rusiya mediasında Azərbaycana qarşı hədə-qorxu və təhdid dolu növbəti yazı dərc edilib. “Незыгар” teleqram kanalı  iddia edib ki, Rusiya Təhlükəsizlik Şurası, AZAL-ın vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı rəsmi Bakının tələblərinə cavab olaraq, Azərbaycana qarşı  “tədbirlər” hazırlayır.

İddia olunur ki, Dmitri Medvedevin təşəbbüsü ilə hazırlanmaqda olan bu tədbirlərin sırasına Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin qarşısının alınması, Bakı-Novorossiysk neft kəmərinin dayandırılması, Azərbaycandan Rusiyaya kənd təsərüfatı məhsullarının ixracına məhdudiyyətlər və s. sanksiyalar daxil ola bilər. Yazıda Rusiyanın Azərbaycanın şimal rayonlarında  separatizmi körükləyə biləcəyinə də işarə edilib.

“Nezygar” Telegram kanalında Rusiyanın Azərbaycana qarşı iddia edilən sanksiyaları ilə bağlı Baku TV-nin rusca təhlilini təqdim edirik: