ABŞ-da Trampa qarşı kütləvi etirazlar başladı
Şənbə günü ABŞ-ın bütün ştatlarında prezident Donald Trampın siyasətinə qarşı nümayişlər başlayıb. Bu, Trampın vəzifəyə başlamasından bəri ABŞ-da keçirilən ən böyük ümummilli etirazdır.
“Əlini çək” kampaniyasının təşkilatçıları 50 ştatın hamısında 1200 yerdə mitinqlər planlaşdırıblar. Reuters xəbər verir ki, artıq Boston, Nyu-York, Çikaqo, Los-Anceles və Vaşinqtonda böyük izdiham müşahidə olunur.
https://youtu.be/Dw1eMV7qWP8?si=Bid_w5Q65mSA_IXA
Nümayişçilər Trampın Ukrayna siyasətinə, işçilərin kütləvi ixtisara salınmasına, müavinətlərin ləğvinə, eləcə də Amerika şirkətlərinin səhmlərinin sürətlə ucuzlaşmasına səbəb olan tarif siyasətinə etiraz edirlər.


